Bluetooth simsiz texnologiyası
Bluetooth texnologiyası 10 metr (32 fut) uzaqlığda radio dalğalardan istifadə edərək,
cihazınızı müvafiq Bluetooth cihazına yaxud aksessuarına qoşmaq imkanını verir.
Menyu
>
Parametrlər
>
Bağlantı
>
Bluetooth
seçin.
22
Parametlər
Bluetooth əlaqəsini quraşdırmaq
1 Seçin
Mənim telefonumun adı
və cihazınız üçün adı daxil edin.
2
Bluetooth
>
Yandır
seçin. Bluetooth bağlantısının aktiv olduğunu göstərir.
3 Cihazınızı audio aksessuarına qoşmaq üçün
Audio aksessuarlara qoş
və
qoşulmaq istədiyiniz cihazı seçin.
4 Cihazınızı yaxında olan hər hansı bir Bluetooth cihazına qoşmaq üçün
Cütlənmiş
qurğular
>
Yeni qrğu əlv. et
seçin.
Tapılmış cihaza tərəf diyirləyin və
Əlavə et
seçin.
Cihazınızda keçid kodunu (16 işarəyədək) daxil edin və digər Bluetooth cihazına
qoşulmaya icazə verin.
Əgər siz təhlükəsizlik barədə narahatsınızsa, Bluetooth funksiyasını söndürün və
yaxud
Telefonumun görsənməsiGizlidir
çevirin. Yalnız etibar etdiyiniz tərəflərdən
Bluetooth əlaqəsini qəbul edin.
Kompyuterinizi İnternetə qoşmaq
Siz uyğun olan kompyuterinizi PC Suite proqramı olmadan İnternetə qoşmaq üçün
Bluetooth-dan istifadə edə bilərsiniz. Cihazınız İnternetə qoşula bilməlidir (şəbəkə
xidməti) və kompyuteriniz Bluetooth texnologiyasını dəstəkləməlidir. Cihaz şəbəkə
giriş nöqtəsi (ŞGN) xidmətinə qoşulduğdan və kompyuterinizlə cütləşdikdən sonra o,
avtomatik olaraq İnternetə məlumat qoşulma paketini açır.
Bu cihaz aşağıdakı profilləri dəstəkləyən Bluetooth texnologiyasına 2.1 + EDR
uyğundur: ümumi giriş, dinamik, qulaqlıq, object push, fayl ötürülməsi, dial-up
şəbəkəsi, seriya portu, SIM girişi və ümumi obyekt mübadiləsi . Bluetooth
texnologiyasını dəstəkləyən digər cihazlarla qarşılıqlı əlaqəni təmin etmək üçün Nokia
tərəfindən bu cihaz üçün təsdiq edilmiş aksessuarlardan istifadə edin. Digər qurğuların
bu qurğuya uyğun olması və ya olmamasını müəyyən etmək üçün həmin qurğuların
istehsalçıları ilə əlaqə saxlayın.
Bluetooth texnologiyasından istifadə edən funksiyalar batareyadan istifadəni artırır və
batareyanın ömrünü azaldır.