Nokia C1 01 - Birgə istifadə edilən yaddaş

background image

Birgə istifadə edilən yaddaş
Bu cihazın aşağıda göstərilən elementləri yaddaşı birgə istifadə edə bilər: multimedia mesajları (MMS). Bu elementlərin birinin

və ya daha çoxunun istifadəsi yaddaşdan birgə istifadə edən digər elementlər üçün yaddaş həcmini azalda bilər. Əgər sizin

cihazınız yaddaşın dolu olması barədə xəbərdarlıq edərsə, birgə yaddaşda saxlanılmış məlumatların bir neçəsini silin.

Proqram təminatının yeniləmələri haqqında
Cihazın proqram təminatı yeniləmələri ilə cihazınız üçün yeni xüsusiyyətləri və yenilənmiş fuksiyaları əldə edə bilərsiniz.

Proqram yenilənməsi cihaz xüsusiyyətlərini də təkminləşdirə bilər.

Cihaz proqramını yeniləməmişdən əvvəl şəxsi məlumatınızın nüsxəsini yaratmağınız məsləhətdir.

Xəbərdarlıq:

Əgər Siz proqram yeniləməsini yükləsəniz, yükləmə prosesi bitənə qədər və cihaz yenidən işə düşənə qədər cihazdan istifadə

edə bilməyəcəksiniz və hətta təcili yardım zəngləri də etmək mümkün olmayacaq. Yeniləmənin yüklənməsini qəbul etməzdən

əvvəl məlumatın nüsxəsinin çıxarıldığından əmin olun.

Yeniləşdikdən sonra, istifadəçi təlimatındakı göstərişlər artıq yeni olmaya da bilər.

Aksessuarlar

Xəbərdarlıq:

Bu xüsusi model üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyalar, adapterlər və aksessuarlardan istifadə edin. Digər

növün istifadəsi cihaza tətbiq edilən hər hansı təsdiq və zəmanətin də qüvvədən düşməsinə səbəb və təhlükəli ola bilər.

Əsasən, təsdiq edilməyən batareya və ya adapterin istifadəsi yanğın, partlayış, sızma və ya digər təhlükələr yarada bilər.

Təsdiq edilmiş aksessuarların mövcudluğu haqqında məlumat almaq üçün dilerinizlə əlaqə saxlayın. Hər hansı aksessuarın

güc şnurunu ayırarkən, şnurdan deyil ştepseldən tutub çəkin.

Batareya

Batareya və adapter barədə məlumat
Sizin cihaz təkrar doldurulan batareya ilə təchiz edilmişdir. Bu cihazda istifadə olunması nəzərdə tutulan batareya BL-5CB.

Nokia bu cihaza uyğun əlavə batareya modelləri düzəldə bilər. Bu cihaz üçün aşağıdakı adapterlər nəzərdə tutulmuşdur:

AC-3 . Adapter modelinin dəqiq nömrəsi ştepselin növündən asılı olaraq müxtəlif ola bilər. Ştepselin variantı aşağıdakılardan

birinə görə təyin edilir: E, X, AR, U, A, C, K və ya B.

Batareya yüzlərlə dəfə doldurula və boşaldıla bilər lakin vaxt keçdikcə batareya köhnəlir. Danışmaq və gözləmə rejimlərinin

vaxtı normal vaxtdan qısadırsa batareyanı dəyişin. Yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyalardan istifadə edin və

batareyanızın doldurulması üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş bu telefon üçün nəzərdə tutulmuş batareya dolduran