Şəbəkə xidmətləri
Telefonun istifadəsi üçün Sizin simsiz xidmət provayderinə ehtiyacınız var. Bəzi xüsusiyyətlər bütün şəbəkələrdə mövcud
deyil; digər xüsusiyyətlər onlardan istifadə etməyiniz üçün Sizdən xidmət təminatçınızla xüsusi razılıq əldə etməyinizi tələb
edə bilər. Şəbəkə xidmətlərinə məlumatın ötürülməsi daxildir. Ev şəbəkəsi və ya digər şəbəkələr üzərindən rouminq qiymətləri
barədə təfərrüatlar üçün xidmət provayderinizlə əlaqə saxlayın. Sizin xidmət təminatçınız hansı dəyişliklərin tətbiq olunacağını
izah edə bilər. Bəzi şəbəkələr sizin bu cihazın TCP/IP protokolları və dildən asılı olan simvollarla işləyən WAP 2.0 protokolları
(HTTP və SSL) kimi şəbəkə dəstəklənməsini tələb edən bəzi xüsusiyyətlərini necə istifadə edəcəyinizə təsir edən
məhdudiyyətlər qoya bilər.
28
Məhsul və təhlükəsizlik üzrə məlumat
Sizin xidmət provayderiniz tələb edə bilər ki, cihazınızda quraşdırılmış müəyyən funksiyalar istifadə edilməsin və
aktivləşdirilməsin. Bu halda bu funksiyalar Sizin menyunuzda görünməyəcək. Sizin cihazda həmçinin menyu adları, menyu
sırası və nişanlar kimi tələbə uyğunlaşdırılmış elementlər də ola bilər.