Nokia C1 01 - Yaddaş kartını daxil etmək

background image

Yaddaş kartını daxil etmək
Yalnız Nokia tərəfindən təsdiqlənmiş bu cihaz üçün uyğun olan microSD kartları

istifadə edin. Nokia yaddaş kartları üçün təsdiqlənmiş sənaye standartlarından istifadə

edir, amma bəzi kart modelləri bu cihaza tam uyğun olmaya da bilər. Uyğun olmayan

yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı zədələyə bilər, həmçinin kartda

saxlanılan məlumat pozula bilər.
Telefonunuz 32 GB qədər yaddaş həcmi ilə microSD kartlarını dəstəkləyir.

Cihaz ilə uyğun yaddaş kartı təchiz oluna və artıq cihazda yerləşdirilmiş ola bilər. Əgər

bu belə deyilsə, aşağıdakıları edin:

1 Arxa örtüyü açın.
2 Kartın kontakt sahəsi aşağı tərəfə yönəlmiş olmalıdır. Çıqqıltı səsi gələnə qədər

kartı daxilə basın.

3 Arxa örtüyü yerinə salın.